Bank Of Baku

2009-cu ilin beş ayı ərzində respublikada istifadə olunan təbii qazın dəyəri 78 faiz ödənilib

2009-cu ilin beş ayı ərzində respublikada istifadə olunan təbii qazın dəyəri 78 faiz ödənilib
# 16 iyun 2009 15:17 (UTC +04:00)
Şəki. Vüqar Heydərov - APA. 2009-cu ilin beş ayı ərzində respublikada istifadə olunan təbii qazın dəyəri 78 faiz ödənilib. APA-nın yerli bürosunun məlumatına görə, bu barədə “Azəriqaz” Qapalı Səhmdar Cəmiyyətinin Qaz alğı-satqısı şöbəsinin rəisi Ramiz Məlikov bildirib. R. Məlikov deyib ki, 2009-cu il iyunun 1-nə respublikada təbii qazdan istifadə edən abonentlərin sayı 594 756 çatıb: “Bu da Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində son bir il ərzində respublikanın 31 rayonunda aparılan qazlaşdırma istiqamətində mümkün olub. Belə ki, son bir il ərzində 31 rayonda ümumilikdə 94 268 abonent təbii qazdan istifadə etməyə başlayıb”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR