Bank Of Baku

Sofiyada Qara dəniz və Xəzər dənizi hövzəsində təhlükəsizlik məsələlərinə həsr olunmuş simpozium keçirilir

Sofiyada Qara dəniz və Xəzər dənizi hövzəsində təhlükəsizlik məsələlərinə həsr olunmuş simpozium keçirilir
# 17 iyun 2009 07:16 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Sofiyada (Bolqarıstan) Qara dəniz və Xəzər dənizi hövzəsində təhlükəsizlik məsələlərinə həsr olunmuş tədbir keçirilir. «APA-Economics»in Bolqarıstan KİV-inə istinadən verdiyi məlumata görə, tədbirdə Qara dəniz və Xəzər dənizi hövzəsində transmilli layihələr, enerji infrastrukturlarına mümkün təhdidlər nəzərdən keçirilir.

Müxtəlif ölkələrdən hərbi kəşfiyyat xidmətlərinin əməkdaşlarının qatıldığı tədbir Bolqarıstan Müdafiə Nazirliyi tərəfindən təşkil olunub. Simpoziuma Bolqarıstan hərbi kəşfiyyat dairəsinin rəisi general Plamen Studenkov və ABŞ Hərbi Kəşfiyyat Agentliyinin rəisi general Ronald Bardjest həmsədrlik edir.

Tədbirə ABŞ, NATO, Avropa İttifaqı, Ermənistan, Azərbaycan, Gürcüstan, Yunanıstan, Moldova, Rumıniya, Türkiyə, Tacikistan və Ukraynadan kəşfiyyat qurumlarının nümayəndələri, həmçinin yerli və xarici elm adamları qatılıblar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR