Bank Of Baku

Asiya İnkişaf Bankı alternativ enerji mənbələrinin işlənilməsi layihələrinə ildə 2 mlrd. dollar ayıracaq

Asiya İnkişaf Bankı alternativ enerji mənbələrinin işlənilməsi layihələrinə ildə 2 mlrd. dollar ayıracaq
# 17 iyun 2009 07:18 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Asiya İnkişaf Bankı (ADB) istixana qaz emissiyalarını azaltmaq və alternativ enerji mənbələrinin işlənilməsi ilə bağlı layihələrə ildə 2 mlrd. ABŞ dolları ayırmağı planlaşdırır. «APA-Economics»in xarici mətbuata istinadən verdiyi məlumata görə, bunu ADB prezidenti Haruhiko Kuroda bildirib.

Bank rəhbəri qeyd edib ki, bu vəsait ekoloji cəhətdən təmiz enerjinin istehsalı layihələrinə yönəldiləcək.

Layihələr sırasında Azərbaycanda enerjinin ötürülməsi, Çində külək stansiyalarının inşası, Hindistan, Butan, Vyetnam və Tailandda biokütlədən enerji istehsalı kimi layihələr var.

Qeyd edək ki, ADB 2008-ci ildə alternativ enerji mənbələrinin işlənilməsi layihələrinə 1 mlrd. dollar vəsait ayırıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR