Bank Of Baku

«Nabucco» layihəsi üzrə hökumətlərarası saziş iyulda imzalanacaq

«Nabucco» layihəsi üzrə hökumətlərarası saziş iyulda imzalanacaq
# 17 iyun 2009 07:19 (UTC +04:00)
Bakı. APA-Economics. «Nabucco» qaz kəməri layihəsi üzrə hökumətlərarası saziş ən gec iyul ayında imzalanacaq. «APA-Economics»in bildirdiyinə görə, bunu «Anadolu» informasiya agentliyinə açıqlamasında Türkiyənin enerji və təbii ehtiyatlar naziri Taner Yıldız bildirib.

Nazir qeyd edib ki, gələcəkdə Türkiyənin kəmərdən keçən qazın 15%-ni almaq istəyi ölkənin qaza artmaqda olan tələbatını tam bağlamaq məqsədi daşıyır.

Xatırladaq ki, Türkiyə mətbuatı bir müddət öncə «Nabucco» layihəsi üzrə hökumətlərarası sazişin iyunun sonunda Ankarada imzalanacağı barədə məlumat yayıb.

Qeyd edək ki, Xəzər regionundan Türkiyə və Balkan yarımadası vasitəsilə Mərkəzi Avropaya təbii qazın ixracı üçün nəzərdə tutulan «Nabucco» kəmərinin inşası məqsədilə yaradılan «Nabucco Gas Pipeline İnternational GmbH.» konsorsiumuna OMV (Avstriya), MOL (Macarıstan), «Transgaz» (Rumıniya), «Bulgargaz» (Bolqarıstan), «BOTAŞ» (Türkiyə) və RWE (Almaniya) şirkətləri qoşulub. Hər bir tərəfdaş şirkətin konsorsiumda payı 16,67% təşkil edir. Layihənin xərclərinin 1/3-i səhmdarlar tərəfindən, qalan hissəsi isə maliyyə-kredit təşkilatları tərəfindən maliyyələşdiriləcək. Bu yaxınlarda layihənin ümumi investisiya dəyəri 4,6 mlrd. avrodan 7,9 mlrd. avroyadək (12,3 mlrd. ABŞ dolları) artırılıb.

İtaliya bəstəkarı Cüzeppe Verdinin 1842-ci ildə yazdığı operanın personajı Babil kralının adı ilə adlandırılan boru xəttinin uzunluğu 3 300 km olacaq, illik nəqletmə gücü isə 31 mlrd. kubmetr həcmində nəzərdə tutulub. Layihə çərçivəsində ilk qazın artıq 2013-cü ildən sonra Avropaya çatdırılması planlaşdırılır
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR