Bank Of Baku

Azərbaycan yanvar-may aylarında sənaye istehsalını 1,3% artırıb

Azərbaycan yanvar-may aylarında sənaye istehsalını 1,3% artırıb
# 17 iyun 2009 09:03 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-may aylarında Azərbaycan sənayesində 7 412,5 mln. manatlıq və ya ötən ilin eyni dövrü ilə müqayisədə 1,3% çox sənaye məhsulu istehsal edilib və xidmətlər göstərilib.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, istehsalın 90,5%-i malların, 9,5%-i isə sənaye xarakterli xidmətlərin payına düşüb, sənaye məhsulunun 24%-i dövlət müəssisələrində, 76%-i isə özəl bölmədə istehsal edilib.

Sənaye məhsulu istehsalının 70,2%-ni həyata keçirən mədənçıxarma bölməsində məhsul buraxılışı və xidmətlərin göstərilməsi 2,7%, 7,5%-lik paya malik olan elektrik enerjisi, qaz və suyun istehsalı və bölüşdürülməsi bölməsində 0,4% artıb, emal bölməsində isə 7,5% azalıb.

Sənaye istehsalının sahə quruluşu

C – Mədənçıxarma sənayesi;
D – Emal sənayesi;
E – Elektrik enerjisi, qaz və suyun istehsalı və bölüşdürülməsi.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR