Bank Of Baku

Azərbaycanın mədənçıxarma sənayesində istehsal yanvar-may aylarında 2,7% artıb

Azərbaycanın mədənçıxarma sənayesində istehsal yanvar-may aylarında 2,7% artıb
# 17 iyun 2009 10:30 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-may aylarında Azərbaycanın mədənçıxarma sənayesində istehsalın həcmi əvvəlki ilin müvafiq dövrünün səviyyəsindən 2,7% çox olub.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ) tərəfindən 16,9 mln. ton neft və ya 3,3% çox, 4 740,1 mln. kubmetr əmtəəlik təbii qaz və ya əvvəlki ilin müvafiq dövrünə nisbətən 34,8% çox hasil edilib.

Bundan başqa, cari ilin yanvar-may aylarında Azərbaycanda 20 396,7 min ton xam neft istehsal edilib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 2,3% çoxdur. Təbii qazın (səmt qazı daxil olmaqla) istehsalına gəldikdə isə, hesabat dövründə ölkədə 10 022,6 mln. kubmetr qaz istehsal olunub. Bu göstərici ötən ilin göstəricisindən 2,4% çoxdur.

Qeyd edək ki, 2009-cu ilin yanvar-aprel aylarında sənaye işçilərinin orta hesabla hər dörd nəfərindən biri mədənçıxarma sənayesində çalışıb, bu sahədə işləyənlərin orta aylıq əmək haqqı 1 018,9 manat olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR