Bank Of Baku

Mayda Azərbaycanda əhaliyə verilən təbii qazın dəyərinin ödənişi 94,5%-ə çatıb

Mayda Azərbaycanda əhaliyə verilən təbii qazın dəyərinin ödənişi 94,5%-ə çatıb
# 17 iyun 2009 12:58 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Cari ilin may ayında Azərbaycanda əhaliyə verilən təbii qazın dəyərinin ödənişi 94,5%, yanvar-may aylarında isə 63,1% təşkil edib. Bu barədə «APA-Economics»ə «Azəriqaz» QSC-dən məlumat verilib.

Yanvar-may aylarında qaz pulunun yığımına görə birinci üçlüyü 100%-dən çox nəticə ilə Siyəzən (167,3%), Balakən (100,4%), Yardımlı (100,3%), sonuncu yerləri isə Neftçala (41,2%), Gəncə şəhəri (45,4%) və Hacıqabul (46,1%) rayonları tutub.

May ayında isə 32 rayon və şəhər üzrə yığım göstəricisi 100% və ya bundan çox olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR