Bank Of Baku

Leonid Fedun: «Rusiyanın OPEC-ə üzv olması neftin daha da bahalaşdıra bilər»

Leonid Fedun: «Rusiyanın OPEC-ə üzv olması neftin daha da bahalaşdıra bilər»
# 18 iyun 2009 07:55 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. OPEC-ə üzv olacağı təqdirdə Rusiya öz neftini 100 dollar/barel qiyməti ilə sata biləcək. «APA-Economics»in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bunu «LUKoil»un vitse-prezidenti və səhmdarı Leonid Fedun bildirib.

L.Fedunun sözlərinə görə, neftə tələbatı azaltmaq mümkün olsa da, dünya neftsiz yaşaya bilməz: «OPEC inhisarçı kimi neftin qiymətini qaydaya sala bilib. Lakin Rusiya da OPEC-ə daxil olsaydı, neftin qiyməti bir qədər də yüksələrdi. Məsələn, biz sabah neftin 100 dollar olacağını təyin edə bilərdik. Təəssüf olsun ki, Rusiyanın siyasi rəhbərliyi bu addımı atmadı».

L.Fedun onu da qeyd edib ki, qiymətlərlə aparılan spekulyativ əməliyyatların qarşısını almaq üçün Rusiya OPEC-ə üzv olmalı və birbaşa neft müqavilələrinin bağlanması mexanizminə keçməlidir: «Bu halda biz OPEC-lə birgə dünya neft hasilatının 51%-nə nəzarət və neftin birbaşa qiymətini təyin edə biləcəyik».

«LUKoil»un rəsmisi həmçinin bildirib ki, hazırda neftin qiyməti tələb və təklif arasındakı balansla deyil, dolların ucuzlaşması fonunda baş verir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR