Bank Of Baku

İyunun 20-də Azərbaycanda qaz təsərrüfatı işçilərinin peşə bayramı qeyd olunacaq

İyunun 20-də Azərbaycanda qaz təsərrüfatı işçilərinin peşə bayramı qeyd olunacaq
# 19 iyun 2009 10:35 (UTC +04:00)
«Azəriqaz» QSC-dən «APA-Economics»ə verilən məlumata görə, 1969-1980-cı illərdə Azərbaycanın yanacaq-enerji kompleksində Qalmaz (1976-ci il) və Qaradağ (1986-cı il) kimi unikal qaz anbarları yaradılıb. Bununla yanaşı, 1969-1982-ci illərdə Yevlax-Naxçıvan-Şahbuz, Naxçıvan-Culfa-Ordubad magistral qaz kəmərləri və onlardan Şərur, Şuşa, Laçın, Qubadlı, Zəngilan istiqamətlərində ayrılan qollar, Qaradağ-Qazax-Gürcüstan sərhədi, Qazı Məmməd-Rusiya sərhədi magistral qaz kəmərləri çəkilib və istismara verilib.

Bundan sonra, 1992-ci ildə SSRİ-nin ləğv edilməsi ilə əlaqədar keçmiş ittifaq tabeçiliyində olan «Azəriqaznəql» İstehsalat Birliyinin və Yanacaq Komitəsinin idarə və təşkilatlarının bazasında «Azəriqaz» Dövlət Şirkəti təşkil edilib və 1996-cı ildə «Azəriqaz» QSC-yə çevrilib.

Bundan başqa, 1998-ci ildə Yaponiya «Eximbank»ından kreditin ayrılması barədə iki dövlət arasında müqavilə imzalanıb ki, Abşeron yarımadasının qaz təminatında mühüm strateji rol oynayan Qaradağ-«Şimal» DRES yüksək təzyiqli magistral qaz kəmərinin və Qaradağ Kompressor Stansiyasının tikintisinə və nəticə olaraq əsaslı şəkildə qaz təminatında dönüş yaradılmasına imkan verib.

Hazırda isə prezident İ.Əliyev tərəfindən imzalanan bir sıra sərəncam və proqramlar çərçivəsində «Azəriqaz» ölkənin qazlaşdırılmasını davam etdirir. Artıq Azərbaycanda qazlaşma işlərinin 85%-i həyata keçirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR