Bank Of Baku

«Neft Daşları» ilə Dübəndi terminalı arasında çəkiləcək neft kəmərinin keçəcəyi sualtı yol tədqiq edilib

«Neft Daşları» ilə Dübəndi terminalı arasında çəkiləcək neft kəmərinin keçəcəyi sualtı yol tədqiq edilib
# 19 iyun 2009 11:26 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) Kompleks Geoloji-Kəşfiyyat və Topoqrafiya İdarəsinin mütəxəssisləri «Geofizik-2» elmi-tədqiqat gəmisi vasitəsilə «Neft Daşları» ilə Dübəndi terminalı arasında çəkiləcək daha bir neft kəmərinin keçəcəyi sualtı yolu tədqiq ediblər.

ARDNŞ-dan «APA-Economics»ə verilən məlumata görə, «28 May» və «Neft Daşları» NQÇİ-ləri tərəfindən hasil edilən neft həmin terminala nəql edilir. Ekspedisiya tərəfindən 1 091 km dəniz dibinin sonar fotoçəkilişi aparılıb, sualtı relyef tədqiq edilib və 438 poqon km-də batimetriya həyata keçirilib. Bununla yanaşı, 63 nöqtədən qrunt nümunələri götürülüb.

Qeyd edək ki, mütəxəssislərin ətraflı məlumatla təmin edilməsi məqsədilə bu il «Geofizik-2» gəmisi ARDNŞ tərəfindən xarici ölkələrdən alınmış müasir tədqiqat avadanlıqları ilə təchiz edilib. Araşdırmaların nəticələri gələcək neft kəmərinin layihə-smeta sənədlərinin hazırlanması üçün «Neftqazlayihə» institutuna təqdim edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR