Bank Of Baku

Yanvar-may aylarında Azərbaycanda magistral kəmərlərlə neftin nəqli sabit qalıb

Yanvar-may aylarında Azərbaycanda magistral kəmərlərlə neftin nəqli sabit qalıb
# 19 iyun 2009 12:02 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-may ayları ərzində Azərbaycanda magistral neft kəmərləri vasitəsi ilə 20,2 mln. ton neft nəql edilib ki, ötən ilin analoji dövrü ilə müqayisədə neftin nəqli sabit olaraq qalıb.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, nəqletmənin 75,1%-i Bakı-Tiflis-Ceyhan (BTC) ixrac kəməri ilə həyata keçirilib və ötən aylar ərzində bu kəmər vasitəsilə Bakıdan 15,2 mln. ton və ya 0,6% çox neft ötürülüb. Cari ilin yanvar-may aylarında BTC kəməri ilə 754,8 min ton Qazaxıstan nefti ötürülüb.

Hesabat dövründə ölkənin magistral qaz kəmərləri ilə 7,5 mln. ton və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 22,4% çox qaz nəql edilib. Nəql edilmiş qazın 1/3 hissəsi Bakı-Tiflis-Ərzurum boru kəməri vasitəsilə həyata keçirilib, bu kəmərdən istifadə etməklə 2,5 mlrd. kubmetr qaz ötürülüb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR