Bank Of Baku

Azərbaycanda istehlak olunmuş təbii qaza görə ödəniş səviyyəsi 63 faizə çatıb

Azərbaycanda istehlak olunmuş təbii qaza görə ödəniş səviyyəsi 63 faizə çatıb
# 20 iyun 2009 08:11 (UTC +04:00)
Bakı. Nicat Mustafayev-APA-Economics. Bu ilin yanvar-may ayları ərzində Azərbaycanda əhali abonenti kateqoriyası üzrə təbii qazdan istifadəyə görə abunə haqqının yığım səviyyəsi 63 % təşkil edib. “APA-Economics”in məlumatına görə, bu barədə “Azəriqaz” Qapalı Səhmdar Cəmiyyətinin prezidenti Əlixan Məlikov məlumat verib. Onun sözlərinə görə, cari ilin ilk 5 ayı ərzində ölkədə mavi yanacaqdan istifadəyə görə abunə haqqının yığım səviyyəsi 63 %, təkcə may ayı ərzində isə 90 % təşkil edib: “Təbii ki, bu, bizi qane etmir. Bu sahədə çox işlər görülməlidir ki, daha yüksək nəticələr əldə olunsun. Artıq müvafiq tapşırıqlar və göstərişlər verilib ki, bütün imkanlardan istifadə olunaraq istehlak olunmuş qazın dəyəri tam təmin olunsun”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR