Bank Of Baku

Azərbaycan qaz təsərrüfatı işçilərinin peşə bayramı ilə bağlı tədbir keçirilib

Azərbaycan qaz təsərrüfatı işçilərinin peşə bayramı ilə bağlı tədbir keçirilib
# 20 iyun 2009 11:08 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu gün Bakıda Azərbaycan qaz təsərrüfatı işçilərinin peşə bayramı ilə bağlı «Azəriqaz» QSC-də tədbir keçirilib.

«APA-Economics»in məlumatına görə, tədbirin açılış mərasimində çıxış edən «Azəriqaz» QSC-nin prezidenti Əlixan Məlikov qeyd edib ki, dövlət başçısının imzaladığı sərəncama əsasən, artıq 4 ildir ölkədə qaz təsərrüfatı işçilərinin peşə bayramı qeyd olunur.

Azərbaycanın qaz təsərrüfatı tarixindən danışan Ə.Məlikov həmçinin vurğulayıb ki, növbəti illər ərzində ölkədə yeni layihələr həyata keçiriləcək və Azərbaycanın qaz təsərrüfatı sahəsi daha da genişlənəcək.

Tədbirdə çıxış edən Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev bildirib ki, Azərbaycan ən qədim ölkələrdən biridir ki, burada qazlaşma işlərinə başlanılıb. Nazir onu da vurğulayıb ki, hazırda ölkənin 85%-i qazla təmin olunub, müvafiq tapşırıqlara əsasən gələcək illər ərzində isə bu rəqəmin 100%-ə çatdırılacağı gözlənilir.

Tədbirdə çıxış edən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) vitese-prezidenti Xoşbəxt Yusifzadə ölkənin təbii qaz təsərrüfatı tarixindən danışıb və Azərbaycanda mavi yanacağın böyük potensialından tədbir iştirakçılarını məlumatlandırıb.

Qeyd edək ki, tədbirdə «Azəriqaz» QSC-nin bir sıra işçiləri fəxri fərmanla təltif olunub, bütün işçilərin hər birinə 50 manat məbləğində mükafat verilib, həmçinin 11 nəfər işçininnamizədliyi dövlət mükafatının təqdim olunması üçün irəli sürülüb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR