Bank Of Baku

Əlixan Məlikov: “Bu il Azərbaycanın qaz təsərrüfatında bir sıra yeni layihələrin icrasına başlanacaq”

Əlixan Məlikov: “Bu il Azərbaycanın qaz təsərrüfatında bir sıra yeni layihələrin icrasına başlanacaq”
# 20 iyun 2009 11:29 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu il ərzində «Azəriqaz» Qapalı Səhmdar Cəmiyyəti ölkənin qaz təsərrüfatı sahəsində bir sıra yeni layihələrin icrasına başlamaq niyyətindədir. «APA-Economics»in məlumatına görə, bunu «Azəriqaz» QSC-nin prezidenti Əlixan Məlikov bildirib.

Onun sözlərinə görə, yaxın vaxtlarda magistral qaz kəmərlərinin inşasının başlanması planlaşdırılır: “Bundan başqa, biz Səngəçaldan Hacıqabul istiqamətində, həmçinin yeraltı qaz anbarlarına magistral yüksək təzyiqli qaz kəmərlərinin yeni xətlərin çəkilməsi layihəsinə də yaxın vaxtlarda başlamaq niyyətindəyik”.

Ə. Məlikov həmçinin qeyd edib ki, 2009-2013-cü illər üzrə təsdiq olunmuş müvafiq proqrama əsasən, Azərbaycanın bölgələrində müəyyən layihələrin icrası da nəzərdə tutulub: «Artıq biz bu layihələri illər üzrə bölmüşük ki, 2009-2010-cu illərdə bunların icrasına başlayaq».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR