Bank Of Baku

Azərbaycanın sənaye sektorundakı səhmdar cəmiyyətləri istehsalı 20% azaldıb

Azərbaycanın sənaye sektorundakı səhmdar cəmiyyətləri istehsalı 20% azaldıb
# 22 iyun 2009 06:27 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin ilk beş ayı ərzində Azərbaycanın sənaye sektorunda fəaliyyət göstərən səhmdar cəmiyyətləri tərəfindən 355,5 mln. manatlıq sənaye məhsulu istehsal olunub və xidmətlər göstərilib. Ötən ilin analoji dövrü ilə müqayisədə sənaye istehsalı 20,4% azalıb.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə sənaye sektorunda fəaliyyət göstərən səhmdar cəmiyyətləri tərəfindən ümumi buraxılışın 4,8%-i qədər sənaye məhsulu istehsal olunub və xidmətlər göstərilib.

İstehsal edilmiş sənaye məhsulunun 99,7%-i istehlakçılara göndərilib və 2009-cu il iyunun 1-nə sənaye müəssisələrinin anbarlarında 220 mln. manatlıq və ya may ayının 1-i vəziyyəti ilə müqayisədə 3,2 mln. manat az hazır məhsul ehtiyatı olub.

Ehtiyatların daha çox hissəsi – 63%-i Bakı şəhərinin, 10,1%-i Sumqayıt, 2,1%-i Gəncə, 3,3%-i Şirvan, 1,3%-i Mingəçevir şəhərlərinin, 2,9%-i Şəki, 4,4%-i Saatlı rayonlarının sənaye müəssisələrinin və digər bölgələrdəki anbarlarda qalıb. Sənaye müəssisələrinin anbarlarında öz istehsalı olan məhsullardan əlavə başqa müəssisələrdən alınıb və satış üçün nəzərdə tutulmuş 19 mln. manat məbləğində digər mallar da olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR