Bank Of Baku

Azərbaycan bu il «Ümid» və «Abşeron» strukturlarında kəşfiyyat və qazma işlərinə başlayacaq

Azərbaycan bu il «Ümid» və «Abşeron» strukturlarında kəşfiyyat və qazma işlərinə başlayacaq
# 22 iyun 2009 08:57 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu il ərzində Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) Xəzərin milli sektorunda yerləşən «Ümid» və «Abşeron» strukturlarında kəşfiyyat və qazma işlərinə başlamaq niyyətindədir. «APA-Economics»in məlumatına görə, bunu ARDNŞ-in vitse-prezidenti Xoşbəxt Yusifzadə bildirib.

Onun sözlərinə görə, cari il ərzində «Ümid» strukturunda kəşfiyyat işlərinə başlanacaq, «Abşeron» strukturunda isə ARDNŞ-la Fransanın «Total» şirkəti birgə qazma işlərinin icrasına başlayacaq: «Azərbaycan təkcə «Şahdəniz»lə kifayətlənməməlidir. Biz ölkənin təbii qaz ehtiyatlarını artırmalıyıq».

Qeyd edək ki, bu il ərzində Azərbaycanda 23 mlrd. kubmetr qaz hasil olunacağı proqnozlaşdırılır və bunun bir hissəsi təzyiqin lazımi səviyyədə saxlanması üçün yenidən laylara vurulacaq. Ümumiyyətlə isə, ölkənin «mavi yanacaq» ehtiyatları 4 trln. kubmetr həcmində qiymətləndirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR