Bank Of Baku

Azərbaycan yanvar-may aylarında xam neft ixracını 2,4 dəfə azaldıb

Azərbaycan yanvar-may aylarında xam neft ixracını 2,4 dəfə azaldıb
# 22 iyun 2009 13:27 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycan cari ilin yanvar-may aylarında 3 609 916,5 min ABŞ dolları dəyərində 10 996 279,6 ton xam neft, 603 909,1 min dollar dəyərində 1 436 680,5 ton neft məhsulları ixrac edib. Bu barədə «APA-Economics»ə Dövlət Gömrük Komitəsindən məlumat verilib.

Xam neft ixracı 2008-ci ilin müvafiq dövrü ilə müqayisədə 2,4 dəfə azalıb, neft məhsullarının ixracı isə 30,7% artıb.

Xam neftin 1 059 927 tonu Bakı-Novorossiysk, 1 856 656,3 tonu Bakı-Supsa, 13 643 874,6 tonu Bakı-Tiflis-Ceyhan kəmərləri, 572 089,2 tonu isə dəmir yolu vasitəsi ilə ixrac edilib.

Xam neft Dövlət Neft Şirkətinin Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi (100%) tərəfindən ixrac olunub. Neft məhsullarının ixracında Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi (69,89%), «Azərbaycan Hava Yolları» QSC-nin «Azal Oil» YSM İdarəsi 26,70%), «Azneftyağ» İstehsalat Birliyi (2,79%) və «Monolit-D Ltd.» (0,37%) şirkətləri üstünlük təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR