Bank Of Baku

«PricewaterhouseCoopers»: Azərbaycan Dövlət Neft Şirkətində ixtisar aparılmalıdır

«PricewaterhouseCoopers»: Azərbaycan Dövlət Neft Şirkətində ixtisar aparılmalıdır
# 23 iyun 2009 14:55 (UTC +04:00)
Ölkə hökumətindəki mənbələrdən «APA-Economics»ə verilən məlumata görə, auditin detalları açıqlanmasa da, sənəd şirkət rəhbərliyini təəccübləndirib: «Hesabatda ARDNŞ-in «Azneft» İstehsalat Birliyinə aid Neft-Qaz Çıxarma İdarələrinin (NQÇİ) bütün quru yataqlarının konservasiyasının aparılması təklif olunur. Bura, «Bibiheybət», «Balaxanıneft», «Muradxanlıneft», «Siyəzənneft», «Abşeronneft», həmçinin F.Əmirov və Z.Tağıyev adına NQÇİ-lər daxildir».

Beynəlxalq audit şirkətinin ekspertləri vurğulayırlar ki, yataqların konservasiyası neft hasilatına təsir göstərməsə də, ARDNŞ üzrə məcmu xərclərini xeyli azaldacaq. Konservasiya işlərinin aparılması nəticəsində isə «Azneft» İB-nin işçilərinin ümumi sayının hazırkı 20 mindən 12 min nəfərədək azaldılması təklif olunur.

Sənəd Azərbaycan tərəfinə təqdim olunandan dərhal sonra ARDNŞ rəhbərliyi hesabat üzrə müzakirələr keçirib, lakin müzakirələrin nəticələri hələ açıqlanmır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR