Bank Of Baku

«Advance International» şirkəti Azərbaycandakı qızıl-mis yatağının işlənməsi layihəsi üzrə nəqliyyat və logistika xidmətləri göstərəcək

«Advance International» şirkəti Azərbaycandakı qızıl-mis yatağının işlənməsi layihəsi üzrə nəqliyyat və logistika xidmətləri göstərəcək
# 24 iyun 2009 06:07 (UTC +04:00)
Bakı. Elmin İbrahimov, Rəşad Süleymanov - APA-Economics. «Advance International» ekspeditor agentliyi Azərbaycan Beynəlxalq Mədən Əməliyyat Şirkətinə (ABMƏŞ) Gədəbəy qızıl-mis yatağının işlənməsi layihəsi çərçivəsində nəqliyyat və logistika xidmətləri göstərəcək. «APA-Economics»in məlumatına görə, podratçı şirkət qismində çıxış edən «Advance International» artıq texnika və istehsal avadanlıqları, o cümlədən, ağır yük qaldırıcı və xüsusi yük daşıyıcı texnikanı Azərbaycana gətirib. Hazırda şirkət təhlükəli hesab olunan natrium sianidinin Çexiya və ABŞ-dan Gədəbəyə daşınması ilə məşğuldur.

Qeyd edək ki, qızılın filizdən ayrılması üçün istifadə olunan natrium sianidinin daşınması xüsusi ehtiyatla həyata keçirilməlidir. İlkin qiymətləndirməyə görə, «Gədəbəy» yatağında aparılan işlərə ildə təxminən 3 min ton natrium sianidi tələb olunur.

Xatırladaq ki, ABMƏŞ Hasilatın Pay Bölgüsü Sazişində iştirak edir. Mineral ehtiyatların istismarına dair bağlanmış bu 30 illik müqavilədə Azərbaycan hökumətinin iştirak payı 51%, Böyük Britaniyanın «Anglo Asian Mining Plc.» şirkətinin payı isə 49% təşkil edir. Şirkətə müqavilə əsasında 6 sahə verilib. Bu sahələrdən 1-i Naxçıvan MR-da, 1-i Tovuzda, 1-i Gədəbəydə, 3-ü isə işğal altında olan ərazilərdədir (Kəlbəcərdəki «Söyüdlü» (Zod), Ağdərədəki «Qızılbulaq» və Zəngilandakı «Vəcnəli» yataqları). Sazişin göstəricilərinə görə, bu yataqlardan təxminən 400 ton qızıl, 2,5 min ton gümüş və 1,5 mln. ton mis hasil etmək nəzərdə tutulub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR