Riçard Morninqstar: “”Nabucco” kəməri üçün ilkin qaz Azərbaycandan gələcək” - EKSKLÜZİV
- İlk olaraq layihəyə daxil olan bəzi ölkələr fərqli razılaşmalar üzərində razılığa gəlməlidir. “Nabucco” layihəsi çərçivəsində Türkiyə Avropa Birliyi ilə hökumətlərarası müqavilə üzərində işləyir. Hesab edirik ki, bu məsələdə irəliləyiş əldə olunub. Türkiyə və Azərbaycan öz növbəsində qazın qiyməti və Türkiyə ərazisindən nəqli ilə bağlı razılığa gəlməlidir. “Cənub” enerji dəhlizinin Türkiyədən keçəcəyi təqdirdə bu, mütləq şərtdir. Hesab edirəm ki, son həftələr ərzində bu sahədə irəliləyiş əldə olunub. Demək olmaz ki, razılaşma hazırdır, lakin irəliləyişə nail olunub və ümid edirik ki, çox da uzaq olmayan gələcəkdə qəti razılıq əldə ediləcək.
Türkmənistan çox maraqlı ölkədir və orada böyük imkanlar var. Türkmənistanın xarici işlər naziri Meredov hazırda Vaşinqtondadır. Türkmənistan Qərb şirkətləri ilə sahilyanı ərazilərdə qaz hasilatını artırmaq istəyir ki, həm hökumət, həm də şirkətlər faydalansınlar. Türkmənistandan Xəzərin digər sahilinə qaz nəqlinə imkan var. Azərbaycan və Türkmənistan prezidentləri arasında münasibətlər də pozitivdir. Biz inanırıq ki, Türkiyə ilə Avropa Birliyi arasında hökumətlərarası razılaşma, Azərbaycanla Türkiyə arasında əldə olunacaq razılaşma, eləcə də Türkmənistanda hasil olunan qaz və ola bilsin ki, İraqın şimalından Türkiyə vasitəsilə nəql olunacaq qaz yeni imkanlar açır.
- Türkiyə ilə Azərbaycan arasındakı razılaşma dedikdə nəyi nəzərdə tutursunuz?
- Mən qapalı danışıqların detallarını açıqlamaq niyyətində deyiləm. İki həftə əvvəl Azərbaycana səfər etdim və prezident Əliyevlə görüşdüm. Son 11 həftə ərzində Azərbaycan prezidenti ilə iki dəfə şəxsən görüşmüşəm, telefonla söhbət etmişəm. Türkiyədə enerji naziri və prezident Güllə görüşüm oldu. Bu görüşlərdən bilirəm ki, tərəflərin mövqeyi yaxınlaşır. Hələ son nöqtə qoyulmayıb. Bu, o demək deyil ki, sabah razılaşma olacaq. Lakin ümid edirik ki, bu hadisə tez bir zamanda baş verəcək. Bu, hər iki ölkənin marağındadır.
- “Statoil” şirkətinin Azərbaycan hökumətinə məktubla müraciət edərək “Nabucco” vasitəsilə azı 8 milyard kubmetr Azərbaycan qazının Avropaya nəql edilməsini istədiyi xəbəri doğrudurmu?
- Mən məktub haqqında bir şey deyə bilmərəm, amma qaldırdığınız məsələ doğrudan da vacibdir. “Nabucco” və ya İtaliya-Türkiyə-Yunanıstan kəməri haqqında söhbət açarkən Azərbaycan qazının orada olması mütləq şərtdir. Belə vəziyyətdə sual yaranır ki, “Şahdəniz 2”dən nə qədər qaz çıxarılacaq? Biz bunu dəqiq bilmirik. Bəzi hesablamalara görə, 15-16 milyard kubmetrə qədər qaz olacaq. Qaldırdığınız məsələdə əsas məqam Türkiyənin nə qədər qaz alacağı və Avropaya nə qədər qazın nəql ediləcəyidir. Bəzi şirkətlər hesab edir ki, “Nabucco”nu işə salmaq üçün azı 8 milyard kubmetr qaz olmalıdır. Bizim ehtimalımız budur ki, bu rəqəm təmin edildiyi an və “Nabucco” işə düşdükdən sonra türkmən qazı boruya daxil olacaq. Sonra İraqın şimalından qaz gələcək. Azərbaycanda olan böyük potensialı unutmaq lazım deyil. Azərbaycan hökuməti düşünür ki, “Şahdəniz” və digər yataqlarda daha çox qaz ola bilər. Layihə üçün ilkin qaz Azərbaycandan gələcək, daha sonra isə digər mənbələr işə salınacaq.
Sənaye və energetika
“AzerGold” və onun törəmə şirkətlərinin maliyyə göstəriciləri açıqlanıb
Azərbaycan nefti 76 dollara ticarət olunur
ABŞ-ın kommersiya neft ehtiyatları 413 mln. bareldən aşağı enib
Dünya bazarlarında "WTI" neftinin qiyməti 70 dollardan aşağı enib
Xəbər Lenti
Venesuelada zəlzələ qurbanlarının sayı 188-ə çatıb, 1 520 yaralı var - VİDEO - YENİLƏNİB-2
Prezidentin sosial media hesablarında Silahlı Qüvvələr Günü ilə bağlı videoçarx paylaşılıb
İsrail Prezidentini daşıyan helikopter quş sürüsü ilə toqquşub
Rubio: Ərəb ölkələri İrandan kompensasiya tələb edir
ABŞ və Körfəz ölkələri Hörmüz boğazında rüsum tətbiqini rədd edib
Prezidentin sosial media hesablarında Silahlı Qüvvələr Günü ilə bağlı paylaşım edilib
Azərbaycandan Ermənistana 18 vaqon benzin və 8 vaqon dizel yanacağı göndəriləcək
Zelenski Rusiyaya qarşı 40 günlük xüsusi əməliyyatı təsdiqləyib
MÜTDA: 22 mindən çox müəllim sertifikatlaşdırma imtahanında iştirak edib
Azərbaycan və Niderland XİN-ləri arasında konsulluq sahəsi üzrə müzakirələr keçirilib - FOTO
Prezident İlham Əliyev və Qurbanqulu Berdiməhəmmədov arasında telefon danışığı baş tutub
Şmıqal: Ukraynanın Bərpası Konfransında 1 milyard avrodan çox məbləğdə enerji müqavilələri imzalanacaq
Leyla Əliyeva Vatikan Apostol Kitabxanası və Apostol Arxivinin rəhbəri ilə görüşüb
DÇ-2026: F qrupunda son tura start verilir
Ziya Öztürkler Azərbaycanın ŞKTC-yə dəstəyini yüksək qiymətləndirib
Apple “VKontakte” tətbiqlərinin App Store-dan silinməsini sanksiyalarla izah edib
Ermənistan parlamentinin sədri dəyişir
Moskva vilayətində raket hücumu xəbərdarlığı elan edilib - YENİLƏNİB
Hikmət Hacıyev Baş katibin xüsusi nümayəndəsi ilə Azərbaycan–NATO tərəfdaşlığını müzakirə edib
Ermənistan Prokurorluğu Tsarukyanın cinayət məsuliyyətinə cəlb olunmasını istəyir
Venesuela XİN rəhbəri zəlzələ ilə bağlı həmrəyliyə görə Azərbaycana təşəkkür edib
Rubio: Alyaskada ABŞ və Rusiya arasında heç bir razılaşma olmayıb
Azərbaycan və Qazaxıstan elektron icazə sisteminə tam keçid barədə razılıq əldə edib
Vens: ABŞ-la İran arasında birbaşa hərbi əlaqə kanalı yaradılacaq
Ədliyyə naziri Balakəndə vətəndaşları qəbul edəcək
Azərbaycan hərbçiləri Konyada “Anadolu Qartalı - 2026” beynəlxalq təlimində iştirak edir - VİDEO
Üfüqi monitorinqlə bağlı vergi risklərinə nəzarət qaydaları təsdiqlənib
Sahibkarlıq subyektlərinə dəstək göstərilməsinin qiymətləndirilməsi qaydaları müəyyənləşib
Bakı, Xankəndi, Şuşa və daha beş şəhərdə hərbi yürüş keçiriləcək
DYP sabah Bakıda 5 istiqamətdə keçiriləcək hərbi yürüşlə bağlı müraciət edib
XİN: Ermənistanla sülh prosesinin yekunlaşdırılması üçün mövcud imkanlardan istifadə edilməlidir
Sabirabadda yol qəzası olub, ölən və xəsarət alanlar var - FOTO
FHN-in strukturlarında Silahlı Qüvvələr Günü münasibətilə tədbirlər keçirilib
ABŞ dövlət katibi: İsrail və Livan razılaşmaya yaxındır
TƏBİB media ilə açıq dialoq formatında görüş keçirib
Lukaşenko bu yaxınlarda Zelenskinin nümayəndələri ilə görüşdüyünü bildirib
Rubio: İranın regiondakı proksilərinə dəstəyi memorandum üzrə danışıqlarda müzakirə olunmalıdır
Həftəsonu hava qeyri-sabit keçəcək, leysan yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Rusiya Rumıniyanın Sankt-Peterburqdakı Baş konsulluğunu bağlayır
Azərbaycan–Ukrayna əməkdaşlığının mövcud gündəliyi müzakirə edilib
Şimon Peres Mərkəzində Azərbaycan–İsrail innovasiya dialoqu keçirilib - FOTO
İran və Oman XİN rəhbərləri Hörmüz boğazındakı vəziyyəti müzakirə edib
İraq OPEC-dən çıxmağı planlaşdırmır - YENİLƏNİB
Qalibaf İranın azad olunmuş vəsaiti ilə ABŞ məhsulları alacağını təkzib edib
Doktorantura və dissertantura üzrə xarici dildən qəbul imtahanı keçirilib
Azərbaycan Prezidenti şəhid hərbçiləri təltif edib - SİYAHI
Prezident İlham Əliyev Müdafiə Nazirliyinin hərbi qulluqçularını təltif edib
MN rəhbərliyi Baş Klinik Hospitalda olub - FOTO
Müdafiə Nazirliyinin 5 hərbçisinə “general-mayor” ali hərbi rütbəsi verilib
Nizami rayonunda qəza olub, iki nəfər xəsarət alıb- VİDEO