Bank Of Baku

Azərbaycanla İran arasında qaz ixracına dair müqavilə imzalanıb - YENİLƏNİB

Azərbaycanla İran arasında qaz ixracına dair müqavilə imzalanıb - <font color=red>YENİLƏNİB</font>
# 13 yanvar 2010 12:16 (UTC +04:00)
«APA-ECONOMICS»in məlumatına görə, müqaviləni Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev və İran Milli Qaz Şirkətinin “Qaz Export” kompaniyasının baş direktoru Seyid Rza Kesaizadə imzalayıblar.

Rövnəq Abdullayev bildirib ki, müqavilə çərçivəsində Azərbaycan qış mövsümündə İrana sutkada 1,2 mln.kubmetr həcmində təbii qaz ixrac edəcək. Bu qaz hesabına İranın şimal bölgələrinin qaz təminatı yaxşılaşdırılacaq.

Seyid Rza Kesaizadə isə qeyd edib ki, hazırda tərəflər arasında qaz alqı-satqısına dair uzunmüddətli müqavilə hazırlanır. İran Azərbaycandan qazın nəqli üçün imkanlara malikdir və bu müqavilənin imzalanması tərəflər arasında əməkdaşlığı dərinləşdirəcək.

«Azərbaycanın mövcud qaz kəmərləri və Astaradakı kompressor stansiyası İrana daha çox qaz nəqlinə imkan vermir. Bu il Hacıqabul-Astara istiqamətində xətlərin və Astara kompressor stansiyasının yenidən qurulması və gücünün artırılmasına 100 mln. manat investisiya yatırmağı planlaşdırırıq», - deyə R.Abdullayev vurğulayıb.

ARDNŞ prezidenti bildirib ki, mövcud infrastruktur yenidən qurulandan sonra cari ilin payızından Azərbaycan İrana sutkada 3-5 mln. kubmetr qaz nəql etmək imkanına malik olacaq. Müqavilə çərçivəsində ümumilikdə İrana 500 mln. kub metr qazın satışı nəzərdə tutulub. Qazın qiyməti formula üzrə müəyyənləşdiriləcək.

Azərbaycanla İran arasında qaz alqı-satqısına dair uzunmüddətli müqavilənin cari ilin yay aylarında imzalanması planlaşdırılır.

Seyid Rza Kesaizadə isə qeyd edib ki, İranın mövcud infrastrukturu Azərbaycandan daha çox qaz nəql etmək imkanına malikdir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR