Bank Of Baku

Azərbaycan Avropaya qaz ixracı marşrutlarından asılı olmayaraq DEPA şirkətini almaq niyyətindədir

Azərbaycan Avropaya qaz ixracı marşrutlarından asılı olmayaraq DEPA şirkətini almaq niyyətindədir
# 07 noyabr 2012 11:02 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, bu barədə ARDNŞ prezidenti Rövnəq Abdullayev bildirib.

Onun sözlərinə görə, hazırda Dövlət Neft Şirkəti DEPA-nın özəlləşdirilməsi üzrə tenderə qatılıb: «DEPA Yunanıstanın əsas qaz paylayıcı şirkətidir və ARDNŞ bu şirkəti almaqda maraqlıdır. DEPA-nın alınması ilə bağlı Neft Şirkətinin planları Azərbaycan qazının Avropaya nəqli ilə bağlı marşrutun seçimindən asılı olmayacaq. Yəni, Azərbaycan qazının TAP və ya «Nabucco» kəmərləri ilə nəqli barədə qərarın verilməsindən asılı olmayaraq, DEPA bizim üçün maraqlı aktivdir və biz onu almaq niyyətindəyik».

Qeyd edək ki, hazırda DEPA-nın səhmlərinin 65%-i Yunanıstan hökumətinə, 35%-i isə «Hellenic Petroleum» şirkətinə məxsusdur. Noyabrın 6-da şirkətin alınması üçün ilkin müraciətlərin müddəti başa çatıb. Gözlənilir ki, Yunanıstan hökuməti alıcını 2013-cü ilin yanvarında seçəcək.

Xatırladaq ki, aprel ayında müvafiq tenderdə iştirak üçün müxtəlif ölkələrdən 14 şirkət buraxılıb. İlkin məlumatlara əsasən, Yunanıstan hökuməti DEPA-nın satılmasından 2 mlrd. avro həcmində gəlir əldə etmək niyyətindədir. Şirkət Yunanıstanda qazın alınması, ticarəti və pərakəndə tədarükü ilə məşğuldur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR