Bank Of Baku

Azərbaycandakı «Azəri-Çıraq-Günəşli» layihəsinə indiyədək 25 mlrd. dollar sərmayə yatırılıb

Azərbaycandakı «Azəri-Çıraq-Günəşli» layihəsinə indiyədək 25 mlrd. dollar sərmayə yatırılıb
# 08 noyabr 2012 11:21 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Xəzərin Azərbaycan sektorunda yerləşən «Azəri-Çıraq-Günəşli» (AÇG) yataqlar bloku layihəsinə bu vaxtadək 24,8 mlrd. ABŞ dolları həcmində investisiya qoyulub.

«BP-Azerbaijan» şirkətindən «APA-Economics»ə verilən məlumata görə, layihənin icrası 6 mindən çox daimi və 12 mindən çox müvəqqəti iş yeri yaradılıb. «BP-Azerbaijan» şirkəti və onun tərəfdaşları 1994-cü ildən etibarən Azərbaycanda sosial layihələrə 56 mln. dollardan artıq vəsait ayırıb ki, bunun da təqribən 30%-i (17 mln. dollardan çox) ACG-nin payına düşüb.

Qeyd edək ki, AÇG yataqlarının işlənməsi layihəsində BP (operator – 35,78%), Azərbaycan Dövlət Neft Şirkəti (11,65%), «Chevron» (11,27%), «Inpex» (10,96%), «Statoil» (8,56%), «ExxonMobil» (8%), TPAO (6,75%), «Itochu» (4,3%) və «Hess» (2,72%) şirkətləri iştirak edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR