Bank Of Baku

«BNP Paribas» ARDNŞ-in xaricdəki layihələrini maliyyələşdirmək niyyətindədir

«BNP Paribas» ARDNŞ-in xaricdəki layihələrini maliyyələşdirmək niyyətindədir
# 08 noyabr 2012 14:19 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-Economics. Bu gün Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) baş ofisində şirkətin prezidenti Rövnəq Abdullayev Fransanın «BNP Paribas» bankının İsveçrədəki bölməsinin baş icraçı direktoru Paskal Borisin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. ARDNŞ-dən «APA-Economics»ə verilən məlumata görə, R.Abdullayev «BNP Paribas» və onun İsveçrədəki bölməsi ilə ARDNŞ arasında yüksək səviyyəli əməkdaşlığın qurulduğunu bildirib.

Fransa bankının İsveçrə bölməsinin baş icraçı direktoru P.Boris şirkətin son illər Azərbaycanda və xarici ölkələrdə həyata keçirdiyi irimiqyaslı layihələr çərçivəsində qazandığı nailiyyətləri diqqətlə izlədiklərini qeyd edib. ARDNŞ ilə əməkdaşlığın mövcud səviyyəsindən məmnun olduqlarını söyləyən qonaq bankın bu strukturunun ARDNŞ-in xaricdə həyata keçirdiyi investisiya layihələrinə marağını ifadə edib.

R.Abdullayev son illər beynəlxalq maliyyə qurumları ilə şirkət arasında mühüm əməkdaşlıq əlaqələrinin qurulduğunu, şirkətin bu dairələrdə böyük etimad qazandığını, yüksək maliyyə reytinqinə malik olduğunu nəzərə çatdırıb. O, qeyd edib ki, dünyanın demək olar ki, bütün məşhur bankları ARDNŞ ilə əməkdaşlığa can atırlar və bu da şirkətə verilən təkliflərin qiymətləndirilməsində daha inamlı addımlar atmağa imkan yaradır. ARDNŞ prezidenti Azərbaycanda investisiya qoyuluşu üçün bütün hüquqi imkanların yaradıldığını, münbit şərait olduğunu vurğulayaraq bankın maraq göstərdiyi investisiya layihələri haqqında qonaqlara ətraflı məlumat verib, əməkdaşlığı genişləndirmək təkliflərini dəstəklədiyini bildirib. Görüşdə tərəfləri maraqlandıran digər məsələlər haqqında da fikir mübadiləsi aparılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR