Bank Of Baku

Aİ qaz istehlakını 71%-dək azalda bilər

Aİ qaz istehlakını 71%-dək azalda bilər
# 09 mart 2021 14:43 (UTC +04:00)

2050-ci il üçün Avropa İttifaqında (Aİ) 2015-ci illə müqayisədə təbii qazın istehlakı 66-71% azalmalıdır.

APA-Economics”in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə Avropa Komissiyasının Enerji Baş Müdirliyinin nümayəndəsi Katarina Sikou-Manyi (Catharina Sikow-Magny) bildirib.

Onun sözlərinə görə, Aİ-nin enerji balansında qaz çox vacib rol oynayır, lakin gələcəkdə onun rolu dəyişməlidir. Belə ki, hazırda Aİ-nin enerji istehlakında qazın payı 25%-ə yaxındır.

“Təmiz sıfır tullantılar strukturuna uyğun olaraq, 2015-ci ilin göstəricisi ilə müqayisədə 2050-ci il üçün qazdan istifadə 66-71% azala bilər. Yəni biz baş verməli olan böyük bir dəyişiklikdən danışırıq”, - C. Sikou-Manyi qeyd edib.

Xatırladaq ki, Aİ ölkələrinə "mavi yanacağın" ən vacib tədarükçüsü Rusiyadır. 2020-ci ilin dekabrın 31-dən Cənub Qaz Dəhlizi çərçivəsində Azərbaycanda Avropaya qazın ixracına başlayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR