Bank Of Baku

Azərbaycan Cənubi Qafqaz boru kəməri ilə qazın ixracını 25% artırıb

Azərbaycan Cənubi Qafqaz boru kəməri ilə qazın ixracını 25% artırıb
# 18 dekabr 2019 10:27 (UTC +04:00)

Azərbaycan bu ilin yanvar-noyabr aylarında Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri vasitəsi ilə 9,4 mlrd. kubmetrə yaxın qaz nəql edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 25,4% çoxdur.

"APA-Economics"in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, ötən dövr ərzində ölkənin magistral qaz kəmərləri ilə 24,53 mlrd. kubmetr qaz nəql edilib və əvvəlki ilin müvafiq dövrünə nisbətən 17,3% artım qeydə alınıb.

Komitənin məlumatına əsasən, magistral qaz kəmərləri ilə nəql edilən qazın 38,2%-i Bakı-Tbilisi-Ərzurum boru kəmərinin payına düşüb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR