Bank Of Baku

Azərbaycan-Fransa Ticarət və Sənaye Palatası koronavirusun iqtisadiyyata təsirini müzakirə edəcək

Azərbaycan-Fransa Ticarət və Sənaye Palatası koronavirusun iqtisadiyyata təsirini müzakirə edəcək
# 07 may 2020 11:39 (UTC +04:00)

Mayın 12-də Azərbaycan-Fransa Ticarət və Sənaye Palatası (CCIAF) “MEDEF International” və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (Azpromo) ilə birlikdə Azərbaycanın İqtisadiyyat naziri Mikayıl Cabbarovla onlayn görüşün keçirilməsini planlaşdırır.

CCIAF-dan “APA-Economics”ə verilən məlumata görə, görüş zamanı koronavirusun (COVID-19) iqtisadiyyata təsiri, pandemiya ilə əlaqədar olaraq Azərbaycan hökuməti tərəfindən görülən tədbirlər, bu dövr ərzində Azərbaycan və fransız şirkətlərinin fəaliyyəti barədə müzakirələrin olması planlaşdırılır.

Əlavə olaraq, CCIAF-in yeni şəraitdə şirkətlər üçün həyata keçirdiyi fəaliyyətlərin nəticələri, Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi və dayanıqlılığının artırılması istiqamətində fransız şirkətlərinin verə biləcəkləri mümkün töhfələr müzakirə olunacaq. İştirakçılara mövzularla bağlı onları maraqlandıran sualları ünvanlamaq imkanı da yaradılacaq.

Görüş “MEDEF International”ın icraçı direktoru Filip Qotye tərəfindən idarə ediləcək. Fəxri qonaqlar – Fransanın Azərbaycandakı səfiri Zaxari Qros və Azərbaycanın Fransadakı səfiri Rəhman Mustafayev, CCIAF üzv şirkətləri və Fransada fəaliyyət göstərən fransız şirkətlərinin direktorlarının görüşdə iştirak edəcəyi planlaşdırılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR