Bu ilin yanvar-avqust ayları ərzində Azərbaycan Gürcüstan ərazisi ilə Türkiyəyə 101,8 mln. kVt-saat elektrik enerjisi ixrac edib.
APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Elektrik Enerjisi Sistemi Kommersiya Operatorunun (ESCO) hesabatında qeyd olunub.
Bildirilib ki, bu göstərici illik ifadədə 34,4 mln. kVt-saat və ya 25,2% azalıb. Ötən ilin ilk 8 ayı ərzində Azərbaycan Türkiyəyə Gürcüstan ərazisi ilə 136,2 mln. kVt-saat elektrik enerjisi ixrac edib.