Bank Of Baku

Azərbaycan alüminium ixracını artırıb

Azərbaycan alüminium ixracını artırıb
# 17 iyul 2020 17:10 (UTC +04:00)

Bu ilin yanvar-iyun aylarında Azərbaycan 40 939,02 min ABŞ dolları dəyərində 23 128,22 ton alüminium və ondan hazırlanan məmulatları ixrac edib.

"APA-Economics"in Dövlət Gömrük Komitəsinin dərc etdiyi göstəricilər əsasında apardığı hesablamalarına görə, 2020-ci ilin ilk 6 ayında Azərbaycanın ixrac etdiyi alüminium və ondan hazırlanan məmulatların dəyəri ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 12,3% azalıb, həcmi isə 0,1% artıb.

Xatırladaq ki, ötən il Azərbaycan 128 049,07 min dollar dəyərində (14,1% artım) 64 674,21 ton (30,8% artım) alüminium və ondan hazırlanan məmulatları ixrac edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR