Azərbaycanda bu ilin I rübündə neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 816 mln. manat olmaqla, 2019-cu ilin yanvar-mart ayları ilə müqayisədə 9,6% artıb.
"APA-Economics"in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, neft məhsullarından yanacaq mazutunun istehsalı 53,3%, neft bitumunun istehsalı 38,6%, sürtkü yağlarının istehsalı 30,6%, avtomobil benzininin istehsalı 13,5%, dizel yanacağının istehsalı 8,6% artıb, neft koksunun istehsalı 2,9%, ağ neftin istehsalı 4,9%, neft-kimya sənayesində istifadə üçün benzinin istehsalı isə 16,9% azalıb.
Azərbaycanda neft məhsullarının dinamikası:
Məhsul növləri |
2020-ci ilin yanvar-mart aylarında istehsal edilib |
Əvvəlki ilin müvafiq dövrünə nisbətən, % |
Avtomobil benzini, min ton |
343,8 |
113,5 |
Neft-kimya sənayesində istifadə üçün benzin, min ton |
65,5 |
83,1 |
Ağ neft, min ton |
146,6 |
95,1 |
Dizel yanacağı, min ton |
559,9 |
108,6 |
Yanacaq mazutu, min ton |
27,6 |
153,3 |
Sürtkü yağları, min ton |
6,4 |
130,6 |
Neft bitumu, min ton |
54,6 |
138,6 |
Neft koksu, min ton |
59,4 |
97,1 |