Bu ilin yanvar-fevral aylarında Azərbaycanda neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 504,6 mln. manat olub ki, bu da illik müqayisədə 17,9% azadır.
Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, hesabat dövrü neft məhsullarından neft-kimya sənayesində istifadə üçün benzinin istehsalı 73%, neft koksunun istehsalı 5,8% artıb, sürtkü yağlarının istehsalı 1,9%, dizel yanacağının istehsalı 4,2%, neft bitumunun istehsalı 22,8%, ağ neftin istehsalı 34,8%, avtomobil benzininin istehsalı 35,3%, yanacaq mazutunun istehsalı 79,4% azalıb.
Xatırladaq ki, bu ilin yanvar-fevral aylarında Azərbaycanın pərakəndə ticarət şəbəkəsində əhali tərəfindən 322,6 mln. manat məbləğində avtomobil yanacağı (avtomobil benzini və dizel) istehlak edilib. Bu göstərici ötən ilin analoji dövrü ilə müqayisədə 11,9% azalıb.
Azərbaycanda neft məhsullarının dinamikası:
Məhsul növləri |
2021-ci il, yanvar-fevral |
2020-ci ilin müvafiq dövrü ilə müqayisədə, % |
Avtomobil benzini, min ton |
148,9 |
64,7 |
Neft-kimya sənayesində istifadə üçün benzin, min ton |
76,3 |
173 |
Ağ neft, min ton |
65,3 |
65,2 |
Dizel yanacağı, min ton |
356,3 |
95,8 |
Yanacaq mazutu, min ton |
4,1 |
20,6 |
Sürtkü yağları, min ton |
5,2 |
98,1 |
Neft bitumu, min ton |
23,3 |
77,2 |
Neft koksu, min ton |
41,8 |
105,8 |