Azərbaycanda bu ilin yanvar-aprel aylarında neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 1 041,7 mln. manat olmaqla, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 5,1% artıb.
Dövlət Statistika Komitəsində “APA-Economics”ə verilən məlumata görə, neft məhsullarından neft bitumunun istehsalı 61,2%, sürtgü yağlarının istehsalı 61,1%, yanacaq mazutunun istehsalı 13,6%, dizel yanacağının istehsalı 7,4%, avtomobil benzininin istehsalı 2,1% artıb.
Məlumata əsasən, hesabat dövrü ölkədə neft-kimya sənayesində istifadə üçün benzinin istehsalı 2,5%, ağ neftin istehsalı 5,1%, neft koksunun istehsalı isə 6% azalıb.
Azərbaycanda neft məhsullarının dinamikası:
Məhsul növləri |
2020-ci ilin yanvar-aprel aylarında istehsal edilib |
Əvvəlki ilin müvafiq dövrünə nisbətən, % |
Avtomobil benzini, min ton |
406,1 |
102,1 |
Neft-kimya sənayesində istifadə üçün benzin, min ton |
101,6 |
97,5 |
Ağ neft, min ton |
186,5 |
94,9 |
Dizel yanacağı, min ton |
732,6 |
107,4 |
Yanacaq mazutu, min ton |
29,2 |
113,6 |
Sürtkü yağları, min ton |
8,7 |
161,1 |
Neft bitumu, min ton |
79,3 |
161,2 |
Neft koksu, min ton |
76,9 |
94 |