Bu ilin yanvar-may aylarında Azərbaycan 16 698,11 min ABŞ dolları dəyərində metanol ixrac edib.
"APA-Economics"in Dövlət Gömrük Komitəsinin dərc etdiyi yeni hesabata əsasən apardığı hesablamalara görə, ötən beş ay ərzində ölkədən 166 981,1 ton metanol (metil spirti) ixrac edilib.
Azərbaycanın yanvar-may aylarının qeyri-neft sektoru üzrə ixracında metanolun payı 2,31% təşkil edib.