Bu ilin yanvar-fevral aylarında Azərbaycan 17 847,54 min ABŞ dolları dəyərində 374 631,85 min kVt-saat elektrik enerjisi ixrac edib.
"APA-Economics"in Dövlət Gömrük Komitəsinin dərc etdiyi məlumat əsasında apardığı hesablamalarına görə, hesabat dövründə Azərbaycanın ixrac etdiyi elektrik enerjisinin dəyəri 2019-cu ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 41,4%, həcmi isə 46,6% azalıb.
Xatırladaq ki, ötən il Azərbaycan 76 828,19 min ABŞ dolları dəyərində (17,1% artım) 1 770 642,37 min kVt-saat elektrik enerjisi (26,7% artım) ixrac edib.