Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda kimya sənayesi, əczaçılıq məhsullarının, rezin və plastik kütlə məmulatlarının istehsalı sahələrində 901 mln. manatlıq məhsul istehsal edilib.
Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə məhsul buraxılışı əczaçılıq məhsullarının istehsalında 8,8 dəfə, rezin və plastik kütlə məmulatlarının istehsalında 19,1%, kimya sənayesində isə 13,2% artıb.
Məlumata əsasən, əsas kimya məhsullarından metanol istehsalı 14,2%, propilen istehsalı 6,7%, etilen istehsalı 4,2% artıb. Rezin və plastik kütlə məmulatlarından məsaməli polistirol lövhələr və zolaqların istehsalı 2,3 dəfə, bərk polipropilen boruların istehsalı 14,8% artıb.
Azərbaycanda kimya məhsullarının istehsalı dinamikası:
Məhsul növləri |
2020-ci il, yanvar-oktyabr |
2019-cu ilin yanvar-oktyabrı ilə nisbətən, % |
Azot, min kub m |
18 579,3 |
98,1 |
ondan əmtəəlik |
330 |
41,8 |
Yod, ton |
151,6 |
93,9 |
Oksigen, min kub m |
2 379,9 |
80,2 |
ondan əmtəəlik |
2 341,6 |
80,3 |
Propilen, min ton |
79,7 |
106,7 |
ondan əmtəəlik |
75,5 |
101,5 |
Polietilen, min ton |
106,4 |
112,2 |
Etilen, min ton |
102,1 |
104,2 |
Metanol (metil spirti), min ton |
411,7 |
114,2 |
Lak-boya məmulatları, ton |
11 725,8 |
57,8 |
Sair üzvi kompozisiya həllediciləri və durulaşdırıcıları, ton |
28 918,6 |
125,7 |