Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 1 891 616,06 min ABŞ dolları dəyərində 10 154 496,12 min kubmetr təbii qaz ixrac edib.
Dövlət Gömrük Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, hesabat dövründə Azərbaycanın ixrac etdiyi təbii qazın dəyəri 2019-cu ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 4,5%, həcmi isə 11,5% artıb.