Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda 20 848,5 mln. kVt-saata yaxın elektrik enerjisi istehsal edilib ki, bu da ötən ilin 10 ayı ilə müqayisədə 4,8% çoxdur.
"APA-Economics"in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, istehsal edilən əmtəəlik elektrik enerjinin həcmi yanvar-oktyabr aylarında 20 176,2 mln. kVt-saat təşkil edib (artım 5,1%).
Komitənin məlumatına əsasən, ölkədə istehsal edilə edilən elektrik enerjinin 19 131,9 mln. kVt-saat istilik (8,2%-lik artım), 922,4 mln. kVt-saat su elektrik (-33,1%) stansiyaların payına düşüb. İstehsal edilən elektrik enerjinin qalan hissəsi isə külək və günəş ilə işləyən elektrik stansiyalar ilə təmin edilib.