Bu ilin yanvar ayında Azərbaycan 175,1 mln. kVt-saat elektrik enerjisi ixrac edib, bu da ötən ilin müvafiq dövrünə nisbətən 61,6 mln. kVt-saat və ya 54,3% çoxdur.
Energetika Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, hesabat dövrü İrana 3,4 mln. kVt-saat, Türkiyəyə 12,7 mln. kVt-saat, Rusiyaya 7,2 mln. kVt-saat, Gürcüstana isə 151,8 mln. kVt-saat elektrik enerjisi ixrac edilib.
Məlumata görə, bu dövrdə ölkəyə elektrik enerjisinin idxalı 11,0 mln. kVt-saat olmaqla, 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,8 mln. kVt-saat artıb.
Hesabat dövrü İrandan 3,3 mln. kVt-saat, Rusiyadan 7,7 mln. kVt-saat, Gürcüstandan isə 0,004 mln. kVt-saat elektrik enerjisi idxal edilib.