Bu ilin yanvar-fevral aylarında Azərbaycanda kimya sənayesi, əczaçılıq məhsullarının, rezin və plastik kütlə məmulatlarının istehsalı sahələrində 211,6 mln. manatlıq məhsul istehsal edilib.
Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə məhsul buraxılışı əczaçılıq məhsullarının istehsalında 9,6 dəfə, rezin və plastik kütlə məmulatlarının istehsalında 45,3%, kimya sənayesində isə 6,5% artıb.
Məlumata görə, əsas kimya məhsullarından lak-boya məmulatlarının istehsalı 2,2 dəfə, polietilen istehsalı 21,2%, etilen istehsalı 20,8% artıb. Rezin və plastik kütlə məmulatlarından plastik borular, borucuqlar və şlanqlar üçün fitinqlərin istehsalı 6,7 dəfə, bərk polietilen borular, borucuqlar, şlanqlar, qolların istehsalı 13,8% artıb.
Azərbaycanda kimya məhsullarının istehsalı dinamikası:
|
Məhsul növləri |
2021-ci il, yanvar-fevral |
2020-ci ilin müvafiq ayına nisbətən, % |
|
Azot, min kub m |
3 523,4 |
94 |
|
ondan əmtəəlik |
56,4 |
38,1 |
|
Yod, ton |
28 |
94,9 |
|
Oksigen, min kub m |
1 724,6 |
454,8 |
|
ondan əmtəəlik |
1 718,2 |
464,8 |
|
Propilen, min ton |
24,6 |
109,8 |
|
ondan əmtəəlik |
23 |
102,7 |
|
Polietilen, min ton |
33,2 |
121,2 |
|
Etilen, min ton |
33,1 |
120,8 |
|
Metanol (metil spirti), min ton |
0,1 |
0,1 |
|
Lak-boya məmulatları, ton |
3 669,7 |
219,5 |
|
Sair üzvi kompozisiya həllediciləri və durulaşdırıcıları, ton |
6 030,2 |
155,4 |