Bank Of Baku

Azərbaycan magistral neft kəmərləri ilə bu il 27 mln. tona yaxın neft nəql edib

Azərbaycan magistral neft kəmərləri ilə bu il 27 mln. tona yaxın neft nəql edib
# 16 oktyabr 2020 11:49 (UTC +04:00)

Bu ilin yanvar-sentyabr ayları ərzində magistral neft kәmәrlәri ilә 26 577,4 min ton neft nәql edilib, ki bu ötən ilin müvafiq göstəricisindən 9,5% azdır.

Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, nәqletmәnin 79,6%-i Bakı-Tbilisi-Ceyhan neft ixrac kәmәri ilә hәyata keçirilib vә cari ilin yanvar-sentyabr ayları әrzindә bu kәmәr vasitәsilә 21 146,9 min ton neft ötürülüb ki, bu da ötən ilin göstəricisindən 10,6% azdır. Dövr әrzindә BTC kәmәri ilә 3 053,2 min ton tranzit nefti dә nәql edilib ki, bu da ötən ilki göstəricidən 11% azdır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR