Azərbaycan martda Hindistana neft ixracını kəskin artırıb

Azərbaycan martda Hindistana neft ixracını kəskin artırıb
# 24 aprel 2020 10:53 (UTC +04:00)

Bu ilin yanvar-mart ayları ərzində Hindistan Azərbaycandan 3,43 mln. barel neft idxal edib.

"APA-Economics"in “Reuters”ə istinadən verdiyi məlumata görə, bu göstərici 2019-cu ilin analoji dövrü ilə müqayisədə 40,9% azdır. Azərbaycan təkcə mart ayında Hindistana 2,75 mln. barel neft ixrac edib ki, bu ötən ilin eyni ayı ilə müqayisədə 61,9% çoxdur.

Qeyd edək ki, ümumilikdə hesabat dövründə Hindistan 422 mln. barel neft idxal edib ki, bu da illik müqayisədə 2,1% çoxdur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR