Bu ilin yanvar ayında Azərbaycanda 3 496,3 mln. kubmetr təbii qaz istehsal edilib.
“APA-Economics”in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, hesabat ayında ölkədə istehsal edilmiş təbii qazın 2 412,7 mln. kubmetri əmtəəlik qazın payına düşüb.
Ötən ilin eyni dövrü ilə müqayisədə ölkədə qaz hasilatı 14,2%, əmtəəlik qaz hasilatı isə 21,1% artıb