Ötən həftə ərzində (2-5 mart) dünya bazarında "Azeri Light" (CIF) markalı neft 5%-ə yaxın ucuzlaşıb.
"APA-Economics"in məlumatına görə, Azərbaycan neftinin 1 barelə olan qiyməti həftə ərzində 2,69 ABŞ dolları və ya 4,85% azalaraq orta hesabla 52,75 dollara bərabər olub.
Həftə ərzində ən yüksək göstərici – 54,63 dollar təşkil edib, ən minimal göstərici isə 47,16 dollara bərabər olub.