Bu ilin yanvar-noyabr aylarında Azərbaycanın xaricə qaz satışı 12 mlrd. kubmetr təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 14% çoxdur.
Energetika Nazirliyindən "APA-Economics"ə verilən məlumata görə, cari ilin 11 ayında 2019-cu ilin müvafiq dövrünə nisbətən Türkiyəyə 21,1% çox, yəni 10 mlrd. kubmetr qaz ixrac edilib. Gürcüstana ixrac edilən qazın həcmi 2 mlrd. kubmetr olub.
Məlumata görə, hesabat dövrü Trans-Anadolu kəməri ilə Türkiyəyə bu müddətdə 4,2 mlrd. kubmetr qaz nəql olunub. 2018-ci ilin iyun ayının 30-dan 2020-ci ilin dekabr ayının 1-dək TANAP-la Türkiyəyə təqribən 8 mlrd. kubmetr qaz nəql edilib.