Bu ilin yanvar-avqust ayları ərzində Azərbaycan 6,8 mlrd. ABŞ dolları dəyərində 20,7 mln. bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsulları ixrac edib.
"APA-Economics"ə Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, bu ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 35%, həcm ifadəsində isə 3,3% azdır.
Bu məhsulların Azərbaycanın ümumi ixracında payı 68,8%-ə bərabər olub.