Azərbaycan yanvar-martda Ukraynaya neft tədarük edən ölkələr arasında lider olub

Azərbaycan yanvar-martda Ukraynaya neft tədarük edən ölkələr arasında lider olub
# 21 aprel 2020 12:23 (UTC +04:00)

Bu ilin yanvar-mart aylarında Azərbaycan Ukraynaya 37,88 mln. ABŞ dolları dəyərində neft və neft xammalı tədarük edib.

"APA-Economics"in Ukraynanın Dövlət Gömrük Xidmətinə istinadən verdiyi məlumata görə, bu ilin I rübündə Ukraynaya neft tədarükü üzrə birinci yerdə Azərbaycan (37,98%), ikinci yerdə – Liviya (31,75 mln. dollar həcmində, tədarükdə ümumi payı – 31,83%), üçüncü yerdə isə ABŞ (30,12 mln. dollar həcmində, tədarükdə payı – 30,19) qərarlaşıb.

Məlumata əsasən, 2020-ci ilin yanvar-mart aylarında Ukraynaya 99,75 mln. dollar dəyərində neft və neft xammalı (180,67 min ton) çatdırılıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 41,3% çoxdur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR