Bu ilin yanvar-may aylarında Azərbaycan 19 533,35 min ABŞ dolları dəyərində 26 965,69 ton qara metallar və onlardan hazırlanan məmulatlar ixrac edib.
"APA-Economics"in Dövlət Gömrük Komitəsinin dərc etdiyi göstəricilər əsasında apardığı hesablamalarına görə, hesabat dövründə Azərbaycanın ixrac etdiyi qara metallar və onlardan hazırlanan məmulatların dəyəri 2019-cu ilin yanvar-may göstəricisi ilə müqayisədə 21,9%, həcmi isə 42,2% azalıb.