Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda alternativ mənbələr vasitəsi ilə 316,3 mln. kVt-saat elektrik enerjisi istehsal edilib, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 0,8 mln. kVt-saat azdır.
Energetika Nazirliyindən "APA-Economics"ə verilən məlumata görə, bu dövrdə Külək Elektrik Stansiyalarında 88,83 mln. kVt-saat, Günəş Elektrik Stansiyalarında 45,09 mln. kVt-saat elektrik enerjisi istehsal edilib.
Bundan başqa, hesabat dövründə Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda 182,4 mln. kVt-saat elektrik enerjisi istehsal olunub.