Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda neft mәhsullarının istehsalı sahәsindә istehsalı illik müqayisədə 5,5% azalaraq 2 257,3 mln. manata çatıb.
"APA-Economics"in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, neft mәhsullarından sürtkü yağlarının istehsalı 10,5% artıb, neft-kimya sәnayesindә istifadә üçün benzinin istehsalı 20%, neft koksunun istehsalı 21,9%, ağ neftin istehsalı 22,5%, yanacaq mazutunun istehsalı 55,4% azalıb.
Azərbaycanda neft məhsullarının dinamikası:
Məhsul növləri |
2020-ci ilin yanvar-sentyabr aylarında istehsal həcmləri |
Əvvəlki ilin müvafiq dövrünə nisbətən, % |
Avtomobil benzini, min ton |
852,1 |
93,1 |
Neft-kimya sәnayesindә istifadә üçün benzin, min ton |
161,9 |
80,0 |
Ağ neft, min ton |
356,8 |
77,5 |
Dizel yanacağı, min ton |
1 542,5 |
94,3 |
Yanacaq mazutu, min ton |
42,2 |
44,6 |
Sürtkü yağları, min ton |
19 |
110,5 |
Neft bitumu, min ton |
251,9 |
136,2 |
Neft koksu, min ton |
147,6 |
78,1 |