Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda elektrik enerjisi, qaz və buxarın istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda 1 590,4 mln. manat dəyərində məhsul istehsal olunub və xidmətlər göstərilib.
Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə göstərici üzrə 8,5%-lik artım müşahidə olunub.
Məlumata əsasən, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal edilmiş məhsulların həcmi 3,5% azalaraq 267,5 mln. manat təşkil edib.